Qəbristanlığın saytı yaradılacaq

  • SpaceTV
  • 26 Avqust 2019 12:54

Yasamal Qəbristanlığından maraqlı xəbərimiz var. Belə ki, bu qəbirstanlıqda məzarlar haqqında sistemli məlumatların yerləşdirildiyi sayt yaradılacaq.

Kimin harada dəfn olunduğuna evinizdən belə baxa biləcəksiniz. Artıq qəbiristanlıqlarda ünvan olacaq. Siz axtardığınız qıbiri daha rahat tapa biləcəksiniz.  Yeni yaradılacaq sayta sadəcə ad soyad yazmaqla axtardığınız məzarın qəbirstanlıq ərazisində harada yerləşdiyini öyrənə biləcəksiniz. Həmçinin qəbiristanlıqlardakı boş yerləri də müəyyən etmək mümkün olacaq. Yəni heç yerə getmədən, evinizdə rahat oturub əbədi uyuyacağınız yeri sifariş edə bilərsiniz. Nə qədər absurd görünsə də, bu tezliklə reallaşacaq faktdır. Təbii ki, hər kəsin sonu ölümdür.

 Həmçinin  saytdakı məlumatlarda məzar daşı, dəfn olunduğu ölkə və şəhər qeyd ediləcək. Ölən şəxsin yaxınları dünyanın istənilən yerindən həmin sayta daxil olaraq məzarın harada yerləşdiyini öyrənə biləcək.

Qiyamətə qədər qalınacaq yer qəbristanlıqdır. Buna görə də, qəbristanlığın nnizam-intizamlı düzəldilməsi, təmizlənməsi və yaşıllaşdırılması vacibdir.  Bələdiyyədən həmçinin bildirildi ki, qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi nəinki belə layihələrin həyata keçirilməsinə, həmçinin təmizlik işlərinin də mütəmadi həyata keçirilməsinə şərait yaradır.

Abadlaşdırma işləri çərçivəsində qəbirlər siyahıya alınır, burada nə qədər insanın dəfn edildiyi dəqiqləşdirilir. Hazırda 400 qəbirlə bağlı məlumatlar öyrənilib. Bu rəqəmin bir neçə yüz mini keçəcəyi dəqiqdir. Artıq məzarlarla bağlı məlumatların elektronlaşdırılmasına start verilib. Qəbirlərinin şəkilləri çəkiləcək və müvafiq saytda yerləşdiriləcək. Proqram təminatında nömrələnmiş qəbirlərin kimə aid olduğu haqqında məlumatların elektron sistemə qeyd edilməsinə başlanılıb. Bütün məzarların nömrələnməsindən sonra sayt tam hazırlanaraq istifadəyə veriləcək. Hazırda qəbirlərin siyahıya alınması davam etdilir.

Paylaş

 Xəbəriniz olsun