Qəbiristanlıqlar sektorlara ayrılır – VİDEO

  • Space TV
  • 1 Sentyabr 2020 12:08

Ölkəmizdə ilk dəfə olaraq Paytaxtın ən böyük qəbiristanlıqlarından birində bütün məzar yerləri inventarlaşdırılaraq elektron bazaya salınacaq. Space TV xəbər verir ki, 9 sektora bölünən Yasamal qəbiristanlığında insanlar öz yaxınlarının məzar yerlərini sektor vasitəsilə asanlıqla tapa biləcəklər.

Paytaxda irili-xırdalı 100-ə yaxın qəbiristanlıq var ki, bunlardan  32 –nə Bakı Şəhəri  Əhaliyə  Vətəndaşlıq  Xidməti Tresti, digərlərinə isə  yerli bələdiyyələr və icra  hakimiyyətləri nəzarət edir. Bu  qəbiristanlıqların, bir çoxu, məzar daşlarının isə  əksəriyyəti baxımsızlıqdan tanınmaz hala düşüb. Çox vaxt da qəbiristanlığa öz yaxınlarını ziyarət etməyə gələnlər bu səbəbdən məzar daşlarının yerini tapmaqda çətinlik çəkirlər

Bir çox xarici ölkələrdə olduğu kimi ölkəmizdə də  ilk dəfə  qəbiristanlıqlar sektorlara bölünəcək  və inventarlaşdırma aparılmaqla dəfn olunan şəxslərin məzar yerləri asanlıqla tapılacaq.

 Qeyd edək ki, 1 saylı Dağüstü qəbirstanlıqda inventarlaşdırma başa çatdıqdan sonra bütün qəbir yerləri Yasamal bələdiyyəsinin elektron bazasına yerləşdiriləcək və qəbirstanlıqda  boş  yerləri əvvəlcədən  müəyyən  etmək  mümkün olacaq.

Rəşad Vəkiloğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun