Qəbiristanlıqdan keçən yolla elm işığına doğru

  • Space TV
  • 18 Avqust 2020 14:00

Sabunçu rayonu Ramana qəsəbəsi, mədən-12 , Süleyman Vəliyev küçəsində yaşayan sakinlərin övladları məktəbə getmək üçün yollarını qəbiristanlıqdan salmağa məcburdurlar.Space TV-nin xəbərinə görə, ərazidən keçən magistral yoldabaş verən qəzaların əksər iştirakçıları son illər məktəblilər olur.Yol bir neçə müddət öncə təmir olunmasına baxmayaraq,nədənsə yenilənmə  zamanı yolun yaşayış olan hissəsində  heç bir yol nişanı qoyulmayıb.

Sözügedən ərazidə Xocavənd qəsəbəsindən 16 məcburi köçkün ailəsi yaşayır.Sakinlər deyirlər ki, yolun təhlükəyə çevrilməsi bir yana övladlarının oxuduğu 198 saylı məktəbə gedən yolun qəbirstanlıqdan keçməsi onlar üçün narahatlıq yaradır.

QəsəbəninSüleyman Vəliyev küçəsindənməktəbə qədər olan məsafəni alternativ olaraq yalnız yüksək sürətli magistraldan istifadə etməklə qət etmək mümkündür ki, bu da təhlükəli olmaqla yanaşı, həmdə vaxt itkisidir, deyə şikayətçilər bildirirlər.

Sabunçu rayon Ramana qəsəbəsi üzrə ərazi nümayəndəsi Məhəmməd Əsədov bildirdi ki, sözügedən ərazidə yaşayan sakinlərin mövcud problemi ilə bağlı edilən şikayətlər yerində araşdırılıb və sakinlərə alternativ yol təklif olunub.

Paylaş

 Xəbəriniz olsun