Qəbir daşını hazırlatdırıb evində saxlayır

  • Space TV
  • 29 Noyabr 2019 14:49

Ağstafa sakini  12 ildir  özünün  qəbir    daşını   hazırlatdırıb  evin bir küncündə   saxlayır  .

Poylu kənd sakini olan 80  yaşlı   Yaqub  Dəmirov  özü ilə  yanaşı  Həyat  yoldaşınında  qəbir  daşını  qara  mərmərdən hazırlatdırıb .  Ailə başcısının bildirdiyinə  görə   bir  nəfər iş yoldaşının onun yanında  bu haqda danışmasından  sonra bu  qərara  gəlib .İLk əvvəl  daş  secimi ediblər .Daha  sonra  Həyat yoldaşı ilə özünə  qərbir  daşı  eyni  zamanda  sinə  daşıda  sifariş verib . Ölümünü  göz altına almış 80 yaşlı   Yaqub  Dəmirov  əksər vaxtı  daşda olan öz əksinə baxıb  dərin xəyallara getdiyini   deyir  .Bu cür  qabaqlayıcı   tədbir  görüb  qəbir  daşı  düzəltməsini   bir növdə   övladlarına  yük olaraq  buraxmayan  Yaqub  kişi  hecdə  peşman olmadığını  deyir.

Müsahibim  hazırlatdırdığı  daşlara  o qədər də   az xərc  cəkmədiyini deyir.

Yaqub  Dəmirov   ötən il həyat  yoldaşını  itirib .  Milliyətcə   rus olan Natalya  Dəmirovnın  məzar  daşı  kənd  qəbirsanlığınin    ailəyə aid olan hissəsini bəzəyir .

Hər kəsin  son mənzilinin  qəbirsanlıq olduğun  deyən  Yaqub  Dəmirov  mütəmadi olaraq  Həyat  yoldaşının məzarını  ziyarət  edib  onun  daşını  təmizləyir.

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun