Qəbir daşı aşkarlanıb

  • Space TV
  • 2 Noyabr 2019 16:08

Masallı rayonu Təklə kənd sakini Vəzir Hüseynov bir neçə gün bundan əvvəl özünün əkin sahəsində şumlama işləri apararkən müxtəlif formalı daşlar tapıb. İndiyə qədər həmin ərazidə heç vaxt belə daşlara rast gəlməyən torpaq sahibinin bir daş xüsusilə marağına səbəb olub. Hündürlüyü 80, eni 40 sm olan bu daşlardan birinin üzərində oyma üsulu ilə xaç simvolunun təsvir edilməsi onu tapanın diqqətini çəkib.

Təklə kəndində tarix müəllimi işləyən Fariz Əliyev isə qeyd edir ki, XIX əsrin əvvələrində həmin ərazilərə kütləvi surətdə malakan rusları köçürülüb. Bu kəndin ən münbit torpaqlarını çar Rusiyası o zamanlarda malakan ruslarının ixtiyarına verib. Ehtimal olunur ki, torpaq altından çıxan bu daşlar  malakan ruslarına məxsusdur.

Yerli sakinlərin dediyinə görə, Təklə kəndinin tarixi qədim olduğundan, burada əkin sahələrindən şumlama zamanı müxtəlif gil məmulatlarından hazırlanmış qədim əşyalar və tuncdan olan nizə başlıqları tapılıb. Yeni tapıntının isə daha dəqiq tarixi müəyyən tədqiqatlardan sonra bilinəcək.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun