“Qəbələ”nin futbolçusu Klesio Bauk Mozambik milli komandasına çağırılıb.
Bu yay Premyer Liqa klubuna keçən hücumçu yeni baş məşqçi Luis Qonsalveşin açıqladığı siyahıda yer alıb.
Onun komandası DÇ-2022-nin seçmə mərhələsində mübarizəyə başlayacaq. Afrika zonasında çıxış edən Mozambik millisi I raundda Mavriki ilə görüşəcək.