Qəbələdə restoranın həyətində qadın meyiti tapılıb

  • Space TV
  • 10 Fevral 2021 15:28

Qəbələ şəhəri ərazisində tikintisi başa çatmamış restoranın həyətindəki köşkdə 50 yaşlı Bənövşə Kamulovanın meyiti tapılıb.

Spacetv.az-ın xəbərinə görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Qadının restoranın həyətindəki köşkdə yaşadığı bildirilir.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Paylaş

 Xəbəriniz olsun