Qəbələdə qanunsuz ovla məşğul olan şəxsdən silah götürülüb

  • SpaceTV
  • 26 Oktyabr 2019 16:19

Qəbələdə qanunsuz ovla məşğul olan şəxsdən silah götürülüb.

Daxili İşlər Nazirliyindən SPACE TV-ə verilən məlumata görə, Qəbələ Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovla məşğul olan R.Zeynalovdan müvafiq sənədləri olmayan “Bum” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun