Qəbələdə müxtəlif növ heyvanlarda quduzluq və qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib.

  • Space TV
  • 1 Fevral 2020 15:56

2020 –ci ildə baytarlıq mərkəzləri tərəfindən heyvanlara tətbiq ediləcək müayinə və müalicə tədbirləri artıq işlənib hazırlanıb. Bu məqsədlə Qəbələdə heyvanlara baxış keçirilib. Müxtəlif fermalarda olan, əsasən, iri və xırdabuynuzlu, ikidırnaqlı heyvanlara xəstəliklərə qarşı iynələr vurulub. Quduzluq təhlükəsi ola biləcək sahibsiz və küçə itlərinə də peyvəndlər vurlub.

Soyuq zəncir prinsipi ilə aparılan müayinə-mülicə tədbirləri zamanı 11 min baş iribuynuzlu, min baş təkdırnaqlı heyvana iynələr vurulub. Eyni zamanda 1200 başdan artıq it quduzluğa qarşı peyvəndlənib. Baytarlıq idarəsinin baş həkimi mövsümlə əlaqədar olaraq insanlara səslənib, onları diqqətli olmağa çağırıb.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun