Qəbələdə iki avtomobil toqquşub, ölən var

  • SpaceTV
  • 7 Dekabr 2019 10:13

Qəbələ rayonunun Savalan kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, hadisə zamanı “Seat” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Nəticədə avtomobillər deformasiyaya uğrayıb və bir nəfər dünyasını dəyişib. “VAZ” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsi çıxarmaq üçün hadisə yerinə FHN-in Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və deformasiyaya uğrayan “VAZ” markalı avtomobildən 1981-ci il təvəllüdlü Nəsirov Xəqani Əlövsət oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş

 Xəbəriniz olsun