Qəbələdə dəhşətli bir ailə faciəsi baş verib

  • SpaceTV
  • 2 İyul 2020 14:58

Amansız qətl xəbəri rayonun Vəndam qəsəbəsindən gəlib. Qəsəbə sakinləri, Rəhimov Ramil və Azər Vəli oğulları arasında söz-söhbət yaranıb. Məsələdən qəzəblənən kiçik qardaş Ramil çarəni 61 yaşlı böyük qardaşı Vəlini öldürməkdə görüb. Bu məqsədlə qardaşına ov tüfəngi ilə atəş açıb. Ağır xəsarətlər alan yaralı yerindəcə dünyasını dəyişib. Qətlin hansı səbəbdən baş vediyi hələ ki, tam məlum deyil, lakin ilkin ehtimallara görə, qardaşlar arasındakı münaqişə ailə zəminində yaranıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

                                                                        VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun