Qəbələdə beş nəfər dağda köməksiz qaldı

  • Space TV
  • 8 Sentyabr 2020 11:21

Qəbələ rayonunun Laza kəndində dağlıq və meşəlik ərazidə beş nəfər köməksiz vəziyyətdə qalıb.

Spacetv.az xəbər veri ki, bununla bağlı Fövqəladə Hallar Nazirliy (FHN) məlumat yayıb.

Vətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz əraziyə endirilib.

Paylaş

 Xəbəriniz olsun