Qəbələdə 7 kəndi birləşdirəcək yeni asfalt yol çəkilir.

  • Space TV
  • 24 İyun 2020 15:32

Ölkə başçısının fərmanına əsasən, Vəndam -Yenikənd – Əmirvan kəndlərinə 29 km asfalt örtüklü yol salınır. Eni 6 metr, asfalt örtüyünün qalınlığı 12 sm, çiyinləri isə 4 metr olan yol ümumilikdə 7 kəndi birləşdirir.Yolun üzərində körpü və su ötürücülərinin yenidən qurulması nəzərdə tutulub. Sakinlər görülən işlərdən çox məmnundurlar. Bildirirlər ki, bundan sonra artıq vaxt itkisinin qarşısı alınacaq, həm də avtomobillər daha möhkəm qalacaq.  

Yol rayonun Vəndam kəndində başlayır və 3 km sonra iki hissəyə bölünür. Ümumilikdə 7 kəndi birləşdirir və Əmirvan kəndində yekunlaşır.
Hal – hazırda daş örtüyü yekunlaşır, bəzi hissələrdə sıfırlama işləri aparılır və asfalt örtüyü çəkilir. Bu işlər tamamlanandan sonra işarələr xətlənəcək, yol nişanları və dayanacaqlar qurulacaq.

                                                                       VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun