Qəbələ sakini ayı əti satarkən tutuldu

  • SpaceTV
  • 30 Oktyabr 2019 10:50

Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən SPACE TV-ə verilən məlumata görə, araşdırma zamanı “VAZ-2106” markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib.

Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub.

Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ rayon Prokurorluğuna göndərilib.

Paylaş

 Xəbəriniz olsun