Qəbələ rayonunun dağlıq ərazilərində naməlum səbəblərdən yanğınlar baş verib.

  • SpaceTV
  • 9 İyul 2020 14:24

Yanğının tüstüsü rayonun Abrıx və Tikanlı kəndləri ərazisində görünüb.  FHN –nin regional əməkdaşları, maşın və texnikaları dərhal yanğın baş verən ərazilərə yönləndirilib. Alov, əsasən, dağətəyi hissədə olduğundan söndürülməsi üçün aviasiya dəstəsinin 2 ədə helikopteri də cəlb edilib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın ocağı lokallaşdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

                                                                           VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun