Putinlə Merkel Qarabağdakı vəziyyəti müzakirə edib

  • Space TV
  • 7 Dekabr 2020 16:26

Dekabrın 7-də Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Spacetv.az xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

İki ölkənin liderləri Dağlıq Qarabağdakı müharibədən zərərçəkən sakinlərin probleminin həllinin vacibliyini vurğulayıblar. Onlar hərbi əməliyyatların dayandırılması üçün Rusiyanın göstərdiyi səyi və sülhməramlılarının Qarabağdakı fəaliyyətini də müzakirə ediblər.

V.Putin və A.Merkel humanitar mərkəzin işinə beynəlxalq mütəxəssislərin cəlb edilməsinin vacibliyini də qeyd ediblər.

Paylaş

 Xəbəriniz olsun