Kremlin sözçüsü: “Lazım olduğu təqdirdə Putin Azərbaycan rəhbərliyi ilə telefonla danışacaq”

  • Space TV
  • 28 Sentyabr 2020 14:42

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov PrezidentVladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığının olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

Spacetv.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

“Lazım gələrsə, əlbəttə ki, bu danışıq olacaq. Ancaq bir daha təkrarlamaq istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonra ilk saatlardan Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakı və Yerevandakı həmkarları ilə davamlı təmasdadır”, – D.Peskov bildirib.

Paylaş

 Xəbəriniz olsun