Putinin ”sirri” ortaya çıxdı – Övladlarının fotoları internetə sızdı

  • Space TV
  • 25 İyun 2020 16:20

Rusiya lideri Putinin diqqət mərkəzindən uzaq saxladığı uşaqlarının fotoşəkilləri üzə çıxdı.

space tv xəbər verir ki, sərvətini itirən Rusiyadan köçüb gedən milyarder Sergey Pugacev şəxsi saytında Putinin qızları Mariya və Katerinanın şəkillərini paylaşıb.

Şəxsi həyatını və ailəsi ilə bağlı məlumatları gizlətməsi ilə tanınan Rusiya Prezidenti Vladimir Putinin qızlarının fotoşəkilləri ölkə gündəmində idi.

Yayımlanan fotoşəkillər 1983 ilə 2014 arasında Lyudmila ilə evli olan Putinin iki qız övladı Mariya və Katerina barəsindədir.

Ölkəni tərk etmək məcburiyyətində qalan və Rusiyaya qarşı 14.4 milyard dollarlıq məhkəmə iddiasında uduzan Pugacevin, bu fotolarını veb saytında yayımlamaqla bir növ qisas aldığı düşünülür.

Fotoşəkillərdə Mariya və Katerina,Puqacevin övladları ilə Moskva yaxınlığındakı bir evdə görüntüləniblər. Onların Rus musiqi qrupu ”Strelki” ilə birlikdə çəkdikləri fotoşəkillər bu görüntülərin 2000-ci illərin əvvəllərinə aid olduğunu göstərir.

Vorontsova soyadından istifadə edən 35 yaşlı Maria karyerasını tibbi araşdırmalarda davam etdirir. Mariyanın hollandiyalı bir iş adamı ilə evləndiyi və uşaqları olduğu bildirilir.

33 yaşlı Katerina, Tixonova soyadı ilə tanınır. Rusiyada qurulan süni intellekt təşəbbüsünün başında duran Katerina, ölkənin ən gənc milyarderi Kirill Şamalovla evlənsə də Cütlük 2018-ci ildə boşanıb.

Paylaş

 Xəbəriniz olsun