Putinin köməkçisi Ukraynaya görə vəzifəsindən istefa verdi

  • SpaceTV
  • 25 Yanvar 2020 14:10

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov dövlət qulluğundan istefa verib.

“İnterfaks”ın məlumatına görə, bu barədə Siyasi Konyuktura Mərkəzinin direktoru Aleksey Çesnakov açıqlama verib.

Onun sözlərinə görə, qərar Ukrayna istiqamətində kursun dəyişməsi ilə əlaqədar verilib.

V.Surkov bu addımın səbəbləri və gələcək planları barədə bir ay ərzində məlumat verəcəyini deyib.

“Növbəti ay ərzində o, meditasiya ilə məşğul olacaq”, – deyə A.Çesnakov öz “Telegram” kanalında bildirib.

Qeyd edək ki, V.Surkov 2013-cü ildən Rusiya Prezidentinin köməkçisi idi. O, Ukraynanın şərqindəki münaqişənin nizamlanması məsələlərinə nəzarət edib.

Paylaş

 Xəbəriniz olsun