Putini heyrətə salan tarixi fakt

  • SpaceTV
  • 23 Yanvar 2020 17:52

Rusiya Prezidenti Vladimir Putin onu heyrətə salan tarixi faktı açıqlayıb.

Vesti.ru xəbər verir ki, bu barədə Putin İsrail səfərində çıxışı zamanı bildirib.

Tarixi sənədləri araşdıran Rusiya Prezidenti Leninqrad (Sankt-Peterburq) sakinlərinin blokada illərində cəbhənin ehtiyacları üçün 144 ton qan verdiyini öyrəndiyini söyləyib.

“Bu məni heyrətə gətirdi”, – deyə Putin vurğulayıb.

Qeyd edək ki, V.Putin İsraildə blokadada qalmış Leninqradın müdafiəçiləri və sakinlərinin xatirəsinə qoyulmuş abidənin açılışında iştirak edib.

Paylaş

 Xəbəriniz olsun