Putin:”Heç kim türk əsgərlərinin orada olduğunu bilmirdi”

  • Space TV
  • 5 Mart 2020 16:41

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Kreml Sarayında bir araya gəlib.

SPACE TV xəbər verir ki, mətbuat mənsublarına ilk şərhlərini edən Putin, İdlib ‘də şəhid olan Türk əsgərləri üçün başsağlığı diləyib:

“Suriyada həyatını itirən Türk əsgərləri üçün başsağlığı çatdırıram. Heç bir kimsə Suriya əsgərləri daxil olmaqla orada Türk əsgərlərinin olduğunu bilmirdilər.Suriya ordusu da ağır itkilər verib”.

Prezident Ərdoğan isə cavabında bütün dünyanın diqqətinin hal-hazırda iki ölkə başçısının görüşündə olduğunu deyib:

“Bilirəm ki, bu anda dünyanın diqqəti bu görüşdədir.Bu gün alacağımız qərarlar bölgəni də ölkəmizi də narahatlıqdan xilas edəcək. Hal-hazırda Türkiyə-Rusiya əlaqələrinin zirvədə olduğu bir dövrü yaşayırıq”.

Rusiya Prezidenti Putin türk əsgərlərinin orada olmadığını bilmədiklərini söyləsə də, Milli Müdafiə Naziri Hulusi Akar, hücumdan sonra verdiyi açıqlamada Türk əsgərlərinin yeri haqqında məlumatların Rusiyaya verildiyini bildirmişdi.

Paylaş

 Xəbəriniz olsun