Putindən İdlib açıqlaması: “Kimsə ilə müharibəyə girmək niyyətimiz yoxdur”

  • Space TV
  • 2 Mart 2020 14:27

“Kimsə ilə müharibəyə girmək niyyətimiz yoxdur”.

SPACE TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

TASS agentliyinə açıqlama verən prezident Türkiyə Silahlı Qüvvələrinin Suriyada 34 şəhid verməsi və Suriyada artan gərginlik haqqında danışıb. O bildirib ki, digər ölkələri rəsmi Moskva ilə ixtilafa girməkdən yayındırmaq istəyir.

Qeyd edək ki, Suriyanın İdlib şəhərində 34 türk əsgərinin Əsəd rejiminin hava hücumları nəticəsində şəhid olmasından sonra bölgədə gərginlik pik həddə çatıb.

Hazırda “Bahar qalxanı” çərçivəsində 2 minə qədər rejim ünsürü zərərsizləşdirilib. Çox sayda hərbi texnika və silah anbarları məhv edilib.

Martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putinin görüşü gözlənilir.

Paylaş

 Xəbəriniz olsun