Putindən Əsədə İranı hirsləndirəcək təklif

  • Space TV
  • 13 Yanvar 2020 13:00

Rusiya Prezidenti Vladimir Putin Suriyaya səfəri zamanı maraqlı bir təkliflə çıxış edib.

Bu barədə “Haber Global” xəbər yayımlayıb.

Məlumata görə, Suriya Prezidenti Bəşər Əsəd rusiyalı həmkarı ilə birlikdə Dəməşqdə “Müqəddəs Mariya” kilsəsini ziyarət edib.

Kilsədə iki dövlətin lideri Dəməşq qapılarında xristianlığı qəbul edən həvari Pavel barədə danışıblar. Rəvayətə görə, o, şəhərə gedən yolda səmada yaranan parlaq işıqdan kor olub. Onun qarşısına İsa Məsih çıxıb və yenidən görə bilməsi üçün düz yol ilə yepiskopun evinə getməsini istəyib.

“Əgər Tramp da bu yolla gəlsə, onda da hər şey düzələr”, – deyə Bəşər Əsəd də zarafat edib.

“Düzələr, düzələr… Dəvət edin, o gələcək”, – deyə Putin cavab verib.

Əsəd ABŞ rəhbərliyini qəbul etməyə hazır olduğunu bildirib. Rusiyalı həmkarı onun bu sözlərini Trampa çatdıracağına söz verib.

Paylaş

 Xəbəriniz olsun