Putin Xəzər Konvensiyasının ratifikasiyası haqqında qanunu imzaladı

  • SpaceTV
  • 1 Oktyabr 2019 17:13

Rusiya Prezidenti Vladimir Putin “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı ratifikasiya edən qanunu imzalayıb. 

Qanunla Xəzər dənizindən kollektiv istifadə qaydaları, dənizin dibinin sektorlara ayrılması, sualtı kabellərin və boru kəmərlərinin çəkilməsinin şərtləri və sahil dövlətləri arasında əməkdaşlığın digər məsələləri müəyyən edilib.

Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci ilin avqust ayında Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan tərəfindən imzalanıb.

Bundan əvvəl, Rusiya Dövlət Duması və Rusiya Federasiya Şurası “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqləyib.

Paylaş

 Xəbəriniz olsun