Putin və Merkel Belarusdakı vəziyyəti müzakirə ediblər

  • Space TV
  • 18 Avqust 2020 16:01

Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın kansleri Angela Merkel arasında baş tutan telefon danışığında Belarusdakı vəziyyəti müzakirə edilib.

Spacetv.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər vəziyyətin tezliklə normallaşacağına ümid etdiklərini bildiriblər.

Almaniya hökumətinin sözçüsü Steffen Seybert yazılı açıqlamasında bildirib ki, Almaniya kansleri böhranı aradan qaldırmaq üçün Belarus hökumətinin dinc etirazçılara qarşı zorakılıq tətbiq etməkdən çəkinməli, siyasi məhbusları dərhal azad etməli, müxalifət və cəmiyyətlə milli dialoqa qoşulmalı olduğunu deyib.

Görüşlə əlaqədar Kremlin verdiyi açıqlamaya görə, Rusiya tərəfi Belarusun daxili işlərinə kənardan müdaxilə cəhdlərinin yolverilməz olduğunu vurğulayıb və böhranın kəskinləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Belarusda avqustun 9-da keçirilən prezident seçkilərindən sonra səsvermənin nəticəsi ilə razılaşmayanlar kütləvi şəkildə etiraz edirlər.

Paylaş

 Xəbəriniz olsun