Putin: “NATO-nun hərbi fəallığı dayanmır”

  • Space TV
  • 21 Dekabr 2020 17:27

“NATO blokunun hərbi fəallığı dayanmır, beynəlxalq silahlara nəzarət sisteminin deqradasiyası davam edir”.

“RİA Novosti” agentliyi xəbər verir ki, Vladimir Putin bu sözləri Rusiya Müdafiə Nazirliyinin yekun kollegiya iclasında çıxış edərkən söyləyib.

Rusiya Federasiyası prezidenti əlavə edib ki, ABŞ müxtəlif bəhanələrlə “Açıq Səma Sazişi”ndən çıxıb.

V.Putin həmçinin, ölkəsinin Müdafiə Nazirliyinə “nüvə qüvvələrinin yüksək döyüş hazırlığını” qorumaq barədə tapşırıq verib.

Paylaş

 Xəbəriniz olsun