Putin İlham Əliyevi təbrik etdi

  • Space TV
  • 30 Dekabr 2019 14:42

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.

SPACE TV xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında informasiya verilib.

Rusiya Prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.

O bildirib ki, Rusiya və Azərbaycanın birgə səylərlə iki dövlətin xalqlarının mənafeyinə tam cavab verən strateji tərəfdaşlıq və konstruktiv qarşılıqlı fəaliyyətin sonrakı inkişafını təmin edəcəyinə, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinin müəyyənləşmiş xətt üzrə gedəcəyinə əminliyini ifadə edib.

Paylaş

 Xəbəriniz olsun