Putin Çin sədrinə koronavirusla bağlı yardım təklif etdi

  • Space TV
  • 1 Fevral 2020 11:08

Rusiya Prezidenti Vladimir Putin koronavirusla mübarizə aparan Çin sədri Si Cinpinə teleqram göndərərək yardım təklif edib.

SPACE TV xəbər verir ki, Putin Çin xalqına lazımi kömək göstərməyə hazır olduğunu bəyan edib.

Rusiya prezideti görüləcək ciddi tədbirlər sayəsində epidemiyanın yayılmasının qarşısının alınacağına əmin olduğunu vurğulayıb.

Vladimir Putin virus nəticəsində həyatını itirən şəxslərin ailələrinə başsağlığı verib, xəstəliyə tutulanlara şəfa diləyib.

Paylaş

 Xəbəriniz olsun