Putin Baydeni prezident seçilməsi münasibətilə təbrik edib

  • Space TV
  • 15 Dekabr 2020 11:35

Rusiya prezidenti Vladimir Putin Cozef Baydeni ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib.

Spacetv.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

“Öz tərəfimdən sizinlə qarşılıqlı əlaqə və təmasa hazıram”, – V.Putin qeyd edib.

Xatırladaq ki, Cozef Bayden lazım olan 270 səs baryerini aşaraq prezidentlik yarışında qalibiyyətini rəsmiləşdirib.

Paylaş

 Xəbəriniz olsun