Putinə inanılmaz təklif: “Sizə ərə gəlim”

  • SpaceTV
  • 6 Mart 2020 18:21

Rusiya Prezidenti Vladimir Putinin İvanovo vilayətinə səfəri zamanı gənc bir xanım ona ərə gəlmək istədiyini deyib.

Bu barədə “Rambler” məlumat yayıb.

Rusiya Prezidenti İvanovo vilayətində uşaq poliklinikasını ziyarət edib və şəhər sakinləri ilə görüşüb.

Bu zaman dövlət başçısını görməyə gələn qızlardan biri “Mənimlə evlənin” – deyə qışqırıb.

Putin həmin xanımla bir qədər söhbət edib. Sonra gənc qız dövlət başçısına təşəkkür edib.

Paylaş

 Xəbəriniz olsun