Püşk atıldı: Türkiyə klublarının pley-offdakı rəqibləri məlum oldu

  • SpaceTV
  • 18 Sentyabr 2020 16:41

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Spacetv.az xəbər verir ki, Türkiyə təmsilçilərindən “Beşiktaş” “Milan” (İtaliya) – “Bodo Qlimt” (Norveç) cütünün qalibi ilə üz-üzə gələcək. 

“Qalatasaray” Xorvatiyanın “Hayduk” (Split” komandasını üstələsə, “Villem II” (Hollandiya) / “Reyncers” (Şotlandiya) cütünün qalibi ilə səfərdə qarşılaşacaq. 

“Alanyaspor” isə Norveçdə “Rusenborq”u yenə bilsə, İstanbulda “Mura” (Sloveniya) / PSV (Hollandiya) cütünün qalibi ilə görüşəcək. 

Oyunlar oktyabrın 1-də keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun