Puerto-Riko yenidən ABŞ-ın 51-ci ştatı olmağa səs verdi

  • Space TV
  • 5 Noyabr 2020 10:12

Puerto-Riko sakinləri növbəti dəfə adaların ABŞ-ın 51-ci ştatı olmasına səs verib.

Spacetv.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

95 faiz səslərin sayılmasından sonra əhalinin 52 faizi ABŞ-a birləşmənin tərəfdarı kimi çıxış edib.

Qeyd edək ki, Puerto-Riko sakinlərinin sözügedən arzusunun hüquqi qüvvəsi yoxdur, bu baxımdan seçim ABŞ Konqresindədir.

Puerto-Riko 1898-ci ildən ABŞ ərazisi kimi tanınıb. Ölkə əhalisi ABŞ vətəndaşı sayılır, lakin prezident seçkilərində səs vermək hüququna malik deyillər.

Paylaş

 Xəbəriniz olsun