PSJ Serxio Ramos üçün cəlbedici təklif hazırlayıb

  • Space TV
  • 16 Noyabr 2020 10:52

Fransanın PSJ klubu Madridin “Real” klubunun müdafiəçisi Serxio Ramosu heyətinə qatmağa çalışır.

Spacetv.az xəbər verir ki, bu barədə AS agentliyi məlumat yayıb.

Mənbə bildirir ki, Fransa təmsilçisi futbolçuya bir mövsüm üçün 16,8 milyon avro maaş və üç illik müqavilə təklif edəcək.

PSJ bu təklifə  transfer bonusu da əlavə etməyə hazırlaşır.

Qeyd edək ki, 34 yaşlı futbolçunun “Kral klubu” ilə müqaviləsi 2021-ci ildə bitir və klub rəhbərliyi müqaviləni yeniləmək üçün S.Ramosa müraciət etməyib.

Paylaş

 Xəbəriniz olsun