PSJ-nin üç futbolçusunun COVID-19 yoluxduğu iddia olunur

  • Space TV
  • 1 Sentyabr 2020 11:20

PSJ-nin futbolçuları Anxel Di Mariyanın və Leandro Paredesin koronavirus infeksiyasına yoluxduğu ehtimal edilir.

Spacetv.az Lequipe.fr-ya istinadən xəbər verir ki, bununla əlaqədar olaraq hər iki futbolçu İbiza adasındakı tətilini yarımçıq qoyaraq Parisə qayıdıb.

Mənbə yazır ki, klubun digər oyunçusu Mauro İkardinin də koronavirusa yoluxması barədə şübhələr var.

Paylaş

 Xəbəriniz olsun