PSJ Çempionlar Liqası yarımfinalında əsas qapıçısından məhrum ola bilər

  • Space TV
  • 14 Avqust 2020 11:22

PSJ-nin əsas qapıçısı Keylor Navas Çempionlar Liqasının yarımfinal mərhələsindən kənarda qala bilər.

Spacetv.az xəbər veir ki, bu barədə “RİA Novosti” klubun mətbuat xidmətinə istinadən məlumat yayıb.

K.Navas “Atalanta”ya qarşı oyunun 79-cu dəqiqəsində zədələnərək oyunu yarımçıq tərk etməli olmuşdu. Onun yerinə komandanın qapısını qoruyan Serxio Riko isə cari mövsümdə ikinci dəfə meydana çıxıb.

S.Riko ilk dəfə ÇL-nin qrup mərhələsinin “Qalatasaray”a qarşı keçirilmiş son oyunda (PSJ 5:0 hesabı ilə qalib gəlmişdi) meydanda olub.

Komandanın əsas qapıçısı Keylor Navasın taleyinə isə avqustun 15-də aparılacaq əlavə tibbi müayinələrdən sonra aydınlıq gətiriləcək.

Xatırladaq ki, bununla yanaşı, PSJ-nin müdafiəçisi Tyaqo Silva zədələnib. Onun vəziyyəti ilə bağlı qarşıdakı günlərdə məlumat veriləcək.

Paylaş

 Xəbəriniz olsun