Psixatrop dərmanlar aşkarlandı

  • SpaceTV
  • 23 Yanvar 2020 18:10

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini Mahir Salmanov və Bakı şəhər sakini Vüsalə Məmmədova 9 ədəd “Tramadol” və 5 ədəd “Prebagalin” həblərini satarkən saxlanılıblar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd dərmanlar aşkar edilərərk götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun