Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların və şəhid polis əməkdaşlarının vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam edir. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 93 faiz icra olunub.
Nazirlikdəki Komissiya daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib. Birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək. Ümumilikdə 12 min 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11 min 403 şəhidin 16 min 949 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 93 faiz icra olunub.