“Primakov demişdi ki, kimi istəyirsiniz tutun, bir İsa Qəmbərə toxunmayın” – VİDEO

  • Space TV
  • 27 Noyabr 2019 13:07

“20 Yanvar”dan qabaq Primakov demişdi ki, kimi istəyirsiniz tutun, bir İsa Qəmbərə toxunmayın”.  Bu açıqlama ilə Space TV –nin efirində yayımlanan “Sadə Həqiqətlər” verilişində   Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə çıxış edib. Yevgeni Primakovun DTK-nın mühüm insanlarından biri olduğunu xatırladan partiya sədri ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində keçmiş sovet respublikalarında separatçılıq hərəkatlarının başında, eləcə də Xalq Cəbhəsi Hərəkatının arxasında DTK-nın durduğunu deyib: “ Fikir verin, Etibar Məmmədov getdi Moskvaya tutuldu, Rəhim Qazıyev tutuldu, sonra hamısı buraxıldı.   Gəldilər hamısı deputat seçildi, hamısı yerində oturdu.  O zaman ən güclü təşkilat nə idi? Təbii ki, DTK.  Qorbaçovun dövründə DTK həmin qüdrətdə deyildi.  Çünki həmin ağıllılar yox idi. Onlar belə bir nəzəriyyə hazırlamışdılar ki, əgər  separatçılıq olsa respublikalar daha çox mərkəzə doğru sığınacaqlar ki, bunun qarşısını alsınlar. Başa düşmədilər ki, əksinə separatçılıq olub sən bunun qarşısını ala bilmirsənsə mərkəzdən qaçma hərakatı başlayır. Xalq hərəkatlarını ona görə yaratmışdılar ki, hamı mərkəzin ətəyindən bərk-bərk yapışsın. Düz hesablanmamış bir addım idi”, – deyə Araz Əlizadə bildirib.

Paylaş

 Xəbəriniz olsun