Prezidentin köməkçisinin açıqlaması “The London Post”da – FOTO

  • Space TV
  • 5 Oktyabr 2020 10:10

Böyük Britaniya “The London Post” portalı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasını yayıb.

AZƏRTAC xəbər verir ki, yayımlanan materialda Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində mülki şəxslərin xəsarət aldığı və həlak olduğu, dövlət və özəl mülkiyyətə zərər dəydiyi qeyd olunub.

Məqalədə qeyd olunub ki, hərbi əməliyyatlar şəraitində mülki insanların hədəfə alınması və ya qəsdən öldürülməsi müharibə cinayətdir.

Ermənistan dövləti və Ermənistanın siyasi-rəhbərliyi buna görə məsuliyyət daşıyır.

Ermənistan tərəfinə xəbərdarlıq edilib ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək.

Paylaş

 Xəbəriniz olsun