Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib

  • SpaceTV
  • 27 Yanvar 2021 11:13

Azərbaycanın yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib.

Spacetv.az “Report”a istinadən xəbər verir ki, yeni naziri Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirliyin kollektivinə təqdim edib.

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı sərəncamla Ramin Quluzadəni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edib və onun yerinə Rəşad Nəbiyev təyin olunub.

Paylaş

 Xəbəriniz olsun