Prezidentin köməkçisi vətəndaşları cəbhədən məlumatlar yaymamağa çağırdı

  • Space TV
  • 3 Noyabr 2020 15:39

“Bəzən gözləntilərimiz də olur. Ancaq biz cəbhədə qanı, canı bahasına döyüşən əsgərlərimizin zəhmətini yüksək qiymətləndirməliyik”.

Spacetv.az xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın rəşadətli oğulları işğal olunmuş əraziləri addımbaaddım düşməndən azad edirlər: “Əsgərlərimiz döyüş tapşırığı, onların yerləşdiyi ərazilərlə bağlı məlumatların verilməsi onların canı bahasına başa gələ bilər. Vətəndaşlarımızdan xahiş edirik ki, rəsmi mənbələrə istinad etsinlər. Ermənistan isə öz ictimaiyyətindən həqiqəti gizlədir”.

Paylaş

 Xəbəriniz olsun