Prezidentin köməkçisi dünya ölkələrinə müraciət etdi

  • Space TV
  • 8 Oktyabr 2020 16:14

“Jurnalistin reportajı onu göstərir ki, əslən erməni olan Fransa vətəndaşları Ermənistan silahlı qüvvələrinin sıralarında muzdlu yaraqlı olaraq Azərbaycan hərbçiləri və dinc sakinlərinə hücum edirlər”.

Spacetv.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Azərbaycanı ittiham etmək yerinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, – o qeyd edib.

Paylaş

 Xəbəriniz olsun