Prezidentin köməkçisi: “Bu, Azərbaycan xalqının tarixində böyük vətən müharibəsidir”

  • Space TV
  • 28 Sentyabr 2020 11:30

“Azərbaycana qarşı müharibə başlayıb. Belə bir çətin dönəmdə Azərbaycan xalqı səfərbərdir”.

Spacetv.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycan xalqının tarixində də böyük bir vətən müharibəsidir: “Azərbaycanda hərbi vəziyyət elan olunub. Bu gün də qismən səfərbərliklə bağlı ölkə başçısı sərəncam imzalayıb”.

Paylaş

 Xəbəriniz olsun