Prezidentin köməkçisi: “Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik”

  • SpaceTV
  • 27 Sentyabr 2020 19:05

 “İşğalçı Ermənistandır”. Spacetv.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.  H. Hacıyevin sözlərinə görə, Ermənistan 30 ildir ki, işğalçı, təcavüzkar siyasəti davam etdirir: “Bu gün güclü Azərbaycan dövləti, ordumuz var və Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik”.  Azərbaycan Prezidentinin köməkçisi kütləvi informasiya vasitələrindən hər bir məlumatın verilməsi zamanı onların bir neçə dəfə dəqiqləşdirilməsini xahiş edib.

Paylaş

 Xəbəriniz olsun