Prezdint İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində gördüyü işlər vətandaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Son 2 ayda pandemiya ilə mübarizədə Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən görülən tədbirlər nəticəsində virusun yayılmasının qarşısını almaq mümkün olub. Ölkədə virusdan sağalanların sayının artması bunun göstəricisidir. İnsanlar görülən işlərə görə minnətdarlıqlarını dövlət başçılarına göndərdikləri məktublarda ifadə edirlər. 73 yaşlı müsahibimiz Zakir Əliyev bildirdi ki, insanlarımız ölkə başçımızın qayğısını hər zaman hiss edib, Prezident İlham Əliyev həmişə vətəndaşlarının yanında olub.Vətəndaşların vəziyyətini düşünərək 190 manat birdəfəlik ödəmə təyin etməsi xüsusilə təqdirəlayiqdir.
Qeyd edək ki, Dövlət başçısının gördüyü uğurlu işlər nəticəsində virusun qarşısının alınması ölkədə ayın 4-dən etibarən xüsusi karantin rejiminin yumşaldılması ilə nəticələnir. Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.
LALƏ ÜLVİQIZI SPACE TV