Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

  • SpaceTV
  • 8 İyul 2020 17:35

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. 

 Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası, gəlirlər 19 030 612,8 min manat, xərclər 11 588 603,5 min manat və ya Fondun 2019-cu il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 123,2 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib:

Sıra№-si                     Göstəricilərmin manatla
Gəlirlər, cəmi:19 030 612,8
 o cümlədən: 
1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)14 614 708,6
 2.Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri4 692,0
 3.Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər18 937,7
4.Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər3 625 923,3
 5.Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar766 351,2
Xərclər, cəmi:11 588 603,5
 o cümlədən: 
 1.Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi199 998,6
2. Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə transfertin yuxarı həddi11 364 300,0
 3.Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər24 304,9
Paylaş

 Xəbəriniz olsun