Prezidentdən Agentliklə bağlı FƏRMAN

  • Space TV
  • 17 Avqust 2020 15:38

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” və “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nə dəyişiklik edilib.

Spacetv.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Nizamnamənin 3.1.11 yarımbəndi yeni redaksiyada verilib.

Qeyd edək ki, Agentlik Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Nizamnamənin 3-cü maddəsi Agentliyin hüquq və vəzifələri ilə bağlıdır.

Nizamnaməni bundan əvvəlki variantının müvafiq yarımbəndinə görə, Agentlik Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edir.

Dəyişikliyə görə isə, Agentlik səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür.

Paylaş

 Xəbəriniz olsun