Prezident təqaüdçüsünün evinə basqın edənlər ələ keçdi

  • SpaceTV
  • 11 Noyabr 2019 18:12

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abdullayev və Sabirabad rayonunun Qaratəpə kənd sakini Fikrət İsgəndərov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 1-də Sabirabad rayonu ərazisindən quldurluq hadisəsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Dərhal Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 3 radələrində Qaratəpə kəndindəki evə girmiş maskalı şəxslər ev sahibəsinin ağzını yapışqanlı lentlə bağlanıb, onunla birgə yaşayan bacısının isə əllərini və ağzını tutaraq pul vermələrini tələb ediblər. Bu zaman digər ailə üzvləri səsə-küyə gəldiklərindən onlar istədiklərinə nail ola bilməyərək hadisə yerini tərk ediblər.

Paylaş

 Xəbəriniz olsun