Prezident təəssüfləndiyini bildirib

  • SpaceTV
  • 4 Sentyabr 2019 12:20

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 31-də Suriyanın İdlib əyalətinin ABŞ hərbçiləri tərəfindən aviazərbələrə məruz qalmasına təəssüfləndiyini bildirib.

Space TV-nin Xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Çexiyanın baş naziri Andrey Babişlə danışıqların nəticələrinə dair keçirilmiş mətbuat konfransında deyib.

Türkiyə prezidenti “Çox təəssüf ki, son iki gündə ABŞ-ın da zərbələr endirdiyi İdlibdə 700 nəfər ölüb. Əlbəttə, orada döyüşçülər də ola bilərdi, ancaq biz İdlibin hissə-hissə necə yoxa çıxdığını görürük”- deyə bildirib.

“Əvvəl Hələbdə olduğu kimi, İdlib də analoji vəziyyətdədir. Biz rəsmi Moskva ilə danışıqlar aparırıq, tezliklə Suriya məsələlərinə dair Rusiya-Türkiyə-İran sammiti olacaq. Cenevrə qarşısında bəzi addımlar atmağa çalışırıq”, – deyə Ərdoğan öz çıxışında qeyd edib.

Paylaş

 Xəbəriniz olsun