Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir.

  • Space TV
  • 18 Aprel 2020 12:33

Nəsimi rayon sakini, 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova da prezidentə təşəkkür məktubu ünvanlayan vətəndaşlardan biridir.  O, məktubunda  prezident  İlham Əliyevin  ölkəmizi koronavirus təhlükəsindən qorumaq məqsədilə ilk gündən çevik qərarlar qəbul etdiyini  və ciddi qabaqlayıcı tədbirlər gördüyünü qeyd edib.

Esmira xanım bildirdi ki, prezident İlham Əliyevin  böyük uzaqgörənliklə mühüm və düşünülmüş qərarlar qəbul etməsi bizi bu gün faciə ilə üz-üzə qalan, səhiyyəsi aciz duruma düşən inkişaf etmiş dövlətlərin aqibətilə üzləşməkdən xilas ediB.

Esmira Məmmədovahər zaman olduğu kimi  bu çətin günlərdə də dövlət başçımızın sadə vətəndaşların yanında olduğunu və qayğısını heç kimdən əsirgəmədiyini qeyd etdi.  

Xatırladaq ki, hökumətin koronavirusla mübarizə istiqamətində  vaxtında atdığı addımlar nəticəsində virusun kütləvi yayılmasının qarşısını almaq mümkün olub. Dövlət başçısı cənab İlham Əliyevin zəruri dövlət dəstəyi istiqamətləri çərçivəsində 1 milyard manat vəsaitin ayrılması ilə bağlı imzaladığı sərəncamı ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, otelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsinin təmsilçilərinə böyük dəstək oldu. Xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi də görülən tədbir sırasındadır. Həmçinin  Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması,yeni xəstəxanaların açılışı, 6 modul tipli xətəxananın tikintisinə qərarın verilməsi Azərbaycanın bütün dünyanı təhdid edən bəladan az zərərlə çıxacağından bir daha əminlik ifadə edir.  

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun